AZERFAX TV
Buna diqqət yetirməyə ehtiyac yoxdur


Nigeriya millisinin ulduz hücumçusu Viktor Osimhen komandasının Afrika Millətlər Kubokunun 1/4 finalında Əlcəzair üzərində qazandığı qələbədən sonra fikirlərini bildirib.
Publika.az xəbər verir ki, turnirin mətbuat xidməti hücumçunun sözlərini sitat gətirib:
“Qol vurdum və məhsuldar ötürmə etdim, amma performansıma diqqət yetirməyə ehtiyac yoxdur. Bütün komandanın performansını qiymətləndirməliyik. Güclü rəqibi məğlub etdik və Əlcəzairin çoxlu yaxşı oyunçuları var”.
Nigeriya Əlcəzair üzərində 2-0 hesablı qələbə qazanıb. Osimhen matçın ən yaxşı oyunçusu seçilib. Nigeriya Afrika Kubokunun finalına vəsiqə uğrunda Mərakeş millisi ilə yarışacaq.



