AZERFAX TV

Bunu heç bir komanda bacarmayıb – video

İspaniya Superkubokunun ilk yarımfinal matçında “Barselona” “Atletik” (Bilbao) üzərində 5:0 hesablı möhtəşəm qələbə qazanıb. AZERFAX.az xəbər verir ki, keçirilən görüşdə Kataloniya klubu turnirin tarixinə düşən rekord müəyyənləşdirib. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda Superkubok tarixində ilk dəfə olaraq birinci hissədə 4 qol vuran kollektiv olub. Bu barədə “Opta” məlumat yayıb.

“Barselona” bu qələbə ilə İspaniya Superkubokunun finalına vəsiqə qazanıb və həlledici görüşdə “Atletiko” – “Real” cütünün qalibi ilə qarşılaşacaq.

İkinci yarımfinal oyunu bu gün saat 23:00-da keçiriləcək. Turnirin final matçı isə qarşıdakı həftəsonu baş tutacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button