AZERFAX TV

Bütün Android smartfonları yeni üsulla şarj ediləcək

“Google” şirkəti “Android 17” əməliyyat sistemində təqdim ediləcək yeni sürətli şarj funksiyasını hazırlamağa başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.

Media mütəxəssisləri “Android”in beta versiyasının kodunda istənilən smartfonun şarj olunmasını nəzərəçarpacaq dərəcədə sürətləndirməyə imkan verən funksiya aşkar ediblər. Bunun üçün telefonun çox güclü enerji adapterinə və ya xüsusi akkumulyatora malik olması tələb olunmayacaq.

Jurnalistlər “Prioritetli şarj” funksiyasının təsvirindən öyrəniblər ki, bu rejim aktivləşdirildikdə “Android” bütün az əhəmiyyətli prosesləri söndürəcək. Beləliklə, bir çox proqram yaddaşdan silinəcək və onların arxa fonda işləməsi dayandırılacaq. Müəlliflərin sözlərinə görə, bu, smartfona bütün diqqətini batareyanın doldurulmasına “cəmləməyə” imkan verəcək.

Materialda qeyd olunub ki, telefon resurslarını vacib olmayan proqramların işinə sərf etməyəcək, həmçinin artıq qızmayacaq və daha sürətli şarj oluna biləcək. Funksiyanın işləməsi üçün yeganə şərt 30 vatt və ya daha güclü adapterin olmasıdır. Jurnalistlərin proqnozuna görə, yeni seçim hər bir cihaz üçün şarj prosesini 15-20 dəqiqəyə qədər qısalda bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button