AZERFAX TV
Bütün gecəni yata bilməyib: Faciə və rüsvayçılıqdır

Fabio Kapello İtaliya millisinin 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməməsinə reaksiya verib.
İtaliyalılar A yolunun son pley-off matçında Bosniya və Herseqovina millisinə uduzublar (1-1, penaltilərdə 1-4).
AZERFAX.AZ xəbər verir ki, “Marca” qəzeti Kapellonun sözlərini sitat gətirib:
“Bu, belə bir prestijə və tarixə malik bir komanda üçün qəbuledilməzdir. Bütün gecə yata bilmədim və hələ də baş verənlərə inana bilmirəm. Söhbət dördqat dünya çempionu olan bir komandadan gedir. Bu, idman faciəsidir, rüsvayçılıqdır. Bu, İtaliya futbolunun yaxın tarixində baş verən ən pis hadisələrdən biridir”.



