Cəbrayıl və Füzulidə güclü YANĞIN: sərhəd boyunca…


Füzuli rayonun Əhmədalılar kəndinin Arazkənarı ərazisi də yanır.
Yanan ərazi İranla sərhəd boyunda yerləşir. Güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Publika.az yanğının olduğu ərazidən görüntülər əldə edib:
***
Cəbrayıl ərazisində başlayan yanğın sərhəd boyunca yayılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayıb və Füzuli rayon Qazaxlar, Mirzənağılılar kəndlərinə qədər yayılıb.
Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır



