AZERFAX TV
Çar II Nikolay və ailə üzvlərinin basdırıldığı yeri tapan geoloq öldü

Rusiya imperiyasını 305 il müddətinə idarə etmiş hakim Romanovlar sülaləsinə mənsub Çar II Nikolay və onun ailə üzvlərinin qalıqlarının dəfn yerini kəşf edən geologiya və mineralogiya elmləri doktoru Aleksandr Avdonin 93 yaşında vəfat edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Sverdlovsk Regional Yerli Tarix Muzeyi məlumat yayıb.
Ölüm səbəbi açıqlanmayan alimin dəfn mərasimi yaşadığı Sverdlovsk vilayətinin Kurqanovo kəndində baş tutacaq.
Qeyd edək ki, Aleksandr Avdonin 1979-cu ildə yazıçı və ssenarist Qeliy Ryabovla birlikdə çar ailəsinin qalıqlarının saxlanıldığı yeri aşkar edib. Məlumat 12 il gizli qalıb.
Adəm



