AZERFAX TV

“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşdi

Liam Rosenior “Çelsi”nin baş məşqçisi təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssislə imzalanan müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Rosenyor baş məşqçi vəzifəsində yanvarın 1-də işdən çıxarılan Entso Mareskanı əvəz edib.

“Çelsi” ingilis məşqçinin karyerasında dördüncü klub olacaq. Onun əvvəlki klubu “Strasburq” olub və həmçinin “Derbi Kaunti” və “Hall Siti”də də çalışıb.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button