AZERFAX TV
Cevdet Yılmaz Azərbaycana gəlir

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana rəsmi səfər edəcək.
AZERFAX.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Yılmaz aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.
Onun Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.



