AZERFAX TV

Çimayevə “ilişdi” – Ağ Evdə terrorçuları sevmirlər

Amerikalı UFC döyüşçüsü Şon Striklend rusiyalı Həmzət Çimayevə qarşı planlaşdırılan titul döyüşü ilə bağlı danışıb.

AZERFAX.AZ xəbər verir ki, o, istehza ilə rəqibini terrorçu adlandırıb.

Striklend “Brian The Internet”ə verdiyi müsahibədə bildirib:

“Çimayevlə döyüş Ağ Evdə baş tutmayacaq, çünki orada terrorçuları sevmirlər. Amma əsas məsələ döyüşün baş tutmasıdır”.

Striklend və Çimayev mayın 9-da ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək UFC 328 turnirində döyüşəcəklər.

Şon Striklendin 37 MMA döyüşü və 30 qələbəsi var. Həmzət Çimayevin isə 15 döyüşdə 15 qələbəsi var.

Related Articles

Bir cavab yazın

Back to top button