Dünya

Dəfələrlə xəbərdarlıq etmişik: Onlar Rusiyanın hədəfi olacaq

Qərb qoşunlarının və hərbi obyektlərinin Ukraynada yerləşdirilməsi Rusiyanın təhlükəsizliyinə təhdid yaradan müdaxilə hesab ediləcək. AZERFAX.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Qərb ölkələrindən Ukrayna ərazisinə hərbi hissələrin, hərbi obyektlərin, anbarların və digər infrastrukturun yerləşdirilməsi xarici müdaxilə kimi təsnif ediləcək və təkcə Rusiyanın deyil, həm də digər Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradacaq”, – bəyanatda qeyd olunub.

Zaxarova əlavə edib ki, bu xəbərdarlıqlar ən yüksək səviyyədə dəfələrlə səsləndirilib və hələ də aktuallığını qoruyub saxlayır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button