Dünya
Dəhşətli qəzadan sonra ilk dəfə danışdı

Sabiq dünya çempionu Entoni Coşua iştirakçısı olduğu ölümcül yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
AZERFAX.az xəbər verir ki, Britaniyalı boksçu UFC-nin sabiq çempionu Usman Kamaro ilə söhbət zamanı yaşadıqlarını bölüşüb.
“İki yaxın dostumu itirdim. Hər ikisi sağ tərəfdə əyləşmişdi. Biri öndə, digəri arxada idi – hər ikisi həyatını itirdi. Buna hələ də inana bilmirəm, bunu qəbul etmək çox çətindir. Həyat çox qısadır. Hazırda isə səninlə ilk dəfə danışıramsa (Kamaro nəzərdə tutulur – red.)”, – deyə Coşua bildirib.
Xatırladaq ki, qəza nəticəsində Entoni Coşuanın iki yaxın dostu – britaniyalı boksçunun məşqçiləri Lats və Sina dünyasını dəyişib. Hər ikisi avtomobilin ön oturacağında olub.



