AZERFAX TV
Daha bir ölkə öz vətəndaşlarını İranı tərk etməyə çağırdı

İtaliyanın Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını İranı tərk etməyə çağırıb.
AZERFAX.AZ xəbər verir ki, vətəndaşlara davam edən qeyri-sabit təhlükəsizlik vəziyyətinə görə Yaxın Şərqdə son dərəcə ehtiyatlı olmağı tövsiyə edilib.
“Turist kimi İranda olan və ya orada qalmaqları ciddi zərurət daşımayan italyanlara ölkəni tərk etmələri qətiyyətlə tövsiyə olunur”, – nazirliyin bəyanatında deyilib.
İsraildə olan İtaliya vətəndaşlarına da maksimum ehtiyatlı olmaq və yüksək sayıqlıq göstərmək məsləhət görülüb.
Qeyd edək ki, bundan əvvəl Almaniya XİN təcili şəkildə vətəndaşlarına İsrailə səfər etməməyi tövsiyə edib. Qərar ABŞ-ın İrana mümkün zərbələri ilə bağlı təhdidlərin regionda genişmiqyaslı gərginlik riski yaratdığı bir vaxta təsadüf edir.



