AZERFAX TV
Danışıqlar olmadan da Rusiya qalib gələcək


Sülh danışıqları uğursuz olsa belə, Rusiya Ukraynadakı münaqişədə qalib gələcək.
Publika.az xəbər verir ki, bu proqnozu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Skott Ritter verib.
“Rusiya döyüş meydanında istədiyi hər şeyi əldə edə bilər”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın münaqişəni sülh yolu ilə həll etmək istəyini adi hal kimi qəbul etməməlidir.
Ritter vurğulayıb ki, Kiyevin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücumundan sonra dialoqun mahiyyəti əhəmiyyətli dərəcədə dəyişəcək.
Adəm



