AZERFAX TV

Di Mariya ən yaxşı məşqçini seçdi

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi, hazırda “Rosario Central”da oynayan Anxel Di Mariya Joze Mourinyo haqqında fikirlərini bölüşüb.

Məşhur portuqaliyalı məşqçi hazırda “Benfika”nın sükanı arxasındadır.

Aut.az xəbər verir ki, AS Di Mariyanın sözlərini sitat gətirib: “Mourinyo bir nömrədir, həm insan, həm də məşqçi kimi hər kəsdən çox irəlidədir. Bunun səbəbi oyunçuya, komandaya və kluba verdiyi hər şeydir.

O, mənə hər şeyi verdi və mən həmişə ona minnətdar olacağam”.

Zəngin məşqçilik karyerası ərzində Mourinyo “Real Madrid”, “Tottenhem”, “Çelsi”, “İnter”, “Portu” və “Mançester Yunayted” kimi aparıcı klublarda çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button