Dünya Çempionatına getmək üçün elə bir addım atdı ki…

62 yaşlı azarkeş İngiltərə millisinə azarkeşlik etmək üçün radikal addım atıb.
AZERFAX.AZ xəbər verir ki, Endi Miln ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatına səyahətini maliyyələşdirmək üçün ikinci evini satıb. Bu, onun azarkeşlik edəcəyi 10-cu turnir olacaq.
O, okeanın o tayında yeddi həftə keçirməyi və finala qədər hər oyunu izləməyi planlaşdırır. Bu məqsədlə əmlakını 350.000 funt sterlinqə satışa çıxarıb. Bu arada o, pula qənaət etməyə çalışır: dostlarının yanında qalır, ucuz uçuşlar axtarır və mümkün qədər büdcəyə uyğun səyahət edir:
“Bütün turniri görmək istəyirəm. Çox baha başa gələcək, amma hər şeyi mümkün qədər ucuz etməyə çalışıram”.
Miln 1982-ci ildən bəri Dünya Çempionatlarında iştirak edir və heç vaxt böyük turnirləri buraxmayıb.



