Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
AZERFAX.AZ xəbər verir ki, ötən gün Avropa və qitələrarası zonası üzrə birlikdə baş tutan 6 oyundan sonra son 6 iştirakçının adı müəyyənləşib.
Avropadan Türkiyə, Bosniya və Herseqovina, Çexiya və İsveç, qitələrarası zonadan isə Konqo Demokratik Respublikası və İraq mundialda iştirak etmək hüququ qazanıb.
Çexiya Danimarkanı (2:2; p-3:1), Bosniya və Herseqovina isə İtaliyanı (1:1; p-4:1) penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıblar. Digər matçlarda Türkiyə Kosovonu 1:0, İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə ediblər.
Qitələrarası zonada isə Konqo DR Yamaykanı əlavə vaxtda üstələyib – 1:0. İraq isə Boliviyaya 2:1 hesabı ilə qalib gəlib – 2:1.
Bununla DÇ-2026-nın bütün qruplar üzrə tərkibi müəyyənləşib. Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Açılış oyununda Meksika ilə Cənubi Afrika Respublikası qarşılaşacaq.
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis.
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
İ qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Konqo, Özbəkistan, Kolumbiya
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Heybət



