AZERFAX TV

“Əl-Nəsr” Ronaldonun maaşını ödəmir? – Şok iddia

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunda «Əl-İttihad»la oyunda meydana çıxa bilərdi.

AZERFAX.AZ xəbər verir ki, bu klubun ona olan maaş borcunu ödəyəcəyi halda baş verəcəkdi. Lakin vəziyyət dəyişmədiyi üçün futbolçu etirazını davam etdirib və matçda iştirak etməyib. Bu barədə “A Bola” məlumat yayıb.

Xatırladaq ki, Ər-Riyad klubu 41 yaşlı forvardı oynamağa razı sala bilməyib. Ronaldonun narazılığı “Əl-Nəsr” rəhbərliyinin qış transfer pəncərəsində yeni futbolçular almaması, eləcə də baş direktor Joze Semedpnun və idman direktoru Simao Koutinonun səlahiyyətlərinin dayandırılması ilə əlaqədardır.

Bundan başqa, mətbuatda Səudiyyə klubunda maaşların ödənilməsində gecikmələr olduğu barədə məlumatlar da yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button