AZERFAX TV
Əl Şeyx əfsanəvi taekvandoçu ilə Usiki rinqə çıxarmaq istəyir

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx 39 yaşlı məğlubedilməz ukraynalı Aleksandr Usik ilə “Glory” titulunun ağır çəkidə keçmiş sahibi, niderlandlı Riko Verhoven arasında döyüş görmək istədiyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, Əl-Şeyx Verhovenin döyüşlərindən birinin videosunu sosial media səhifəsində paylaşaraq “Onun Usikə qarşı döyüşünü görmək istəyirəm” şərhini yazıb.
Xatırladaq ki, Usik 20 iyulda Londondakı “Uembli” stadionunda keçirilən son döyüşündə britaniyalı Daniel Dyubua ilə rinqi bölüşmüşdü və beşinci raundda nokautla qalib gəlmişdi.
Usık peşəkar karyerasında 24 qələbə qazanıb ki, bunlardan 15-i nokautla olub.



