AZERFAX TV
Əməkdar artist 10 nəvəsindən danışdı

Əməkdar artist Yusif Mustafayev nəvələrindən danışıb.
AZERFAX.AZ xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi 10 nəvəsi olduğunu bildirib:
“Bu gün nəvəm Asimanın 14 yaşı tamam olur. Səhər tezdən onun hədiyyəsini qardaşı Yusimandan göndərmişəm. 10 nəvəm var, hamısının adını özüm qoymuşam. Adlarını və doğum tarixlərini əzbər bilirəm. Onların heç birini bir-birindən ayırmıram. Onlara canım qurban”. (Axşam.az)



