AZERFAX TV

Enrike məhkəmədə ifadə verdi – Əminliklə bildirdi ki…

“Barselona”nın keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde “Neqreyra işi”ndə ifadə verərək, hakim hesabatlarının mövcudluğundan xəbərsiz olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbə Enrikenin sözlərini sitat gətirib: “Heç kim mənə heç bir hesabat deməyib və ya göstərməyib, sizə bunu əminliklə deyə bilərəm – nə mənə, nə də işçilərimə”.

Öz növbəsində, “Barselona”nın prezidenti Joan Laporta sözügedən hesabatların həqiqətən mövcud olduğunu və “faydalı” olduğunu israr edib.

Xatırladaq ki, 2023-cü ildə “Barsa” İspaniya Kral Futbol Federasiyasında (RFEF) işləyən Neqreyraya ödənişlərdə rüşvət verməkdə ittiham olunmuşdu. “Barselona” 2001-2018-ci illər arasında təxminən 8,4 milyon avro məbləğində bu ödənişləri etməkdə ittiham olunurdu. RFEF-in keçmiş vitse-prezidenti hakimlərə təsir göstərmək üçün rüşvət aldığını inkar edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button