AZERFAX TV
Ər-Riyadda ballistik raketin qəlpələri 4 əcnəbini yaraladı

Ər-Riyad şəhərinin səmasında zərərsizləşdirilmiş ballistik raketin qəlpələrinin yaşayış məntəqəsinə düşməsi nəticəsində dörd əcnəbi yaralanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Səudiyyə Mülki Müdafiə Xidmətindən bildirilib.
Mülki obyektlərin hədəfə alınması cəhdlərinin beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğu bir daha vurğulanıb.



