AZERFAX TV
Ərdoğan Hörmüz boğazı barədə: Kəskin bahalaşma…

Dünya neftinin 20 faizinin və təbii qazın böyük hissəsinin daşındığı Hörmüz boğazı bağlanıb, amma bu təkcə iqtisadi məsələ deyil, çünki boğaz vasitəsilə dərman və başqa zəruri məhsullar da daşınırdı.
AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.
Ərdoğan bildirib əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatını sarsıdıb. Onun sözlərinə görə, bunu Avropada neft-qaz qiymətlərinin kəskin bahalaşmasından da anlamaq olar.



