AZERFAX TV

Ərdoğan İranda baş verənləri “ssenari” adlandırdı

Qonşumuz İranın bu günlərin öhdəsindən gələcəyinə inanırıq.

AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə İran hökumətinin mövcud böhranı dialoq və diplomatiya yolu ilə həll edəcəyinə ümid edir.

“Qonşumuz İran yeni bir çətinliklə üzləşir. Hamımız küçələrdə yazılmış ssenarini izləyirik. Türkiyə olaraq, əvvəldən prinsipial mövqeyimizi qorumağa davam edirik” – Türkiyə lideri söyləyib.

Onun fikrincə “problemlərin həlli danışıqlar masasındadır”.

“Bölgəmizi xaosa apara biləcək hər hansı bir cəhdə qarşı çıxmağa davam edəcəyik”, – Ərdoğan vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button