AZERFAX TV

Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək

Ermənistan Xizək Federasiyası “Tour de Ski” turniri zamanı erməni xizəkçi Mikael Mikaelyana Beynəlxalq Xizək və Snoubord Federasiyası (FİS) tərəfindən təyin edilmiş cəriməni ödəyəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xizək Federasiyasının Prezidenti Qaqik Sarqisyan sosial şəbəkələrdə bildirib.

Cərimənin səbəbi Mikaelyanın yarış zamanı geyimindəki “Azərbaycan” yazısını yapışqanlı lentlə örtməsi olub. Qeyd olunan yazı turnirin rəsmi sponsorunun adıdır, çünki 2025-ci ildən Azərbaycanın dövlət turizm qurumu FİS-in titul sponsoru olub. Buna səbəbdən onun adı Dünya Kuboku mərhələləri, dünya çempionatları və digər böyük yarışların iştirakçılarının idman formalarında məcburi şəkildə yerləşdirilir.

Sarkisyanın sözlərinə görə, problem hələ 2025-ci ilin may ayında, Azərbaycanın beynəlxalq federasiyanın sponsoru olmaqla yanaşı, yaxın zamanda onun tamhüquqlu üzvü olacağı məlum olduqda yaranıb

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button