AZERFAX TV

“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR

“Kanal D”nin ən çox izlənilən ekran işlərindən biri olan, baş rollarını Demet Özdemir və Çağatay Ulusoyun paylaşdığı “Eşref Rüya” serialının bu həftə yayımlanıb-yayımlanmayacağı tamaşaçılar üçün maraq doğurub.

Publika.az xəbər verir ki, “Eşref Rüya” serialı bu həftə də yeni bölümü ilə ekranlara gəlməyəcək. 7 yanvar 2026-cı il “Kanal D” yayım proqramına əsasən, serialın yayımlanmalı olduğu saatda “Eşref Rüya”nın təkrar bölümü efirə gedəcək.

Yeni il tətili ilə əlaqədar olaraq serialların yayımına qısa fasilə verilib. Bu səbəbdən televiziya kanalları ilin ilk həftəsində serialların yeni bölümlərini nümayiş etdirmirlər.

Məlumata görə, serialın maraqla gözlənilən 28-ci bölümünün 14 yanvar 2026-cı il Çərşənbə axşamı tamaşaçılara təqdim olunacağı gözlənilir. (Milli.Az)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button