AZERFAX TV

Etirazçılar daha bir məscidi yandırdılar

İranda kütləvi etirazlar davam edir.

Publika.az Bild-ə istinadən xəbər verir ki, etirazçılar Tehranın şimal-qərbindəki Əl-Rəsul məscidini yandırıblar.

Nəşrin məlumatına görə, cümə axşamı Tehranda kütləvi etirazlar güclənib. İnternet və telefon xidmətlərinin kəsilməsinə baxmayaraq, paytaxtın müxtəlif yerlərində çəkildiyi iddia edilən fotoşəkillər və videolar internetdə yayılmağa başlayıb. Bəzi mənbələr onların yayılmasını Starlink peyk rabitəsindən istifadə ilə əlaqələndiriblər. Lakin bu iddianın rəsmi təsdiqi yoxdur.

Dərc olunan görüntülərdə şəhərin müəyyən ərazilərində yanğınlar və iğtişaşların davam etməsi əks olunub. Xüsusilə, Tehranın şimal-qərbində yerləşən böyük bir məsciddə yanğın diqqət çəkib. Eləcə də Saadat-Abad, Tehranpars və Narmak rayonlarında toqquşmalar və yanğınlar barədə məlumat daha çox məlumatlar yayılıb. Bəzi videoların həqiqiliyi sual doğursa da onların saxta olması təsdiqlənməyib.

Xatırladaq ki, bu gün Kirman şəhərindəki Zəhra məscidinin yandırılması barədə də məlumat yayılmışdı.

“Tasnim” xəbər agentliyi yazıb ki, məscid etirazçılar tərəfindən yandırılıb. Həmçinin atılan daşlar nəticəsində şüşələri sındırılıb.

Tural

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button