AZERFAX TV

“Fənərbağça”nın futbolçusu Fransa yolunda

Türkiyənin “Fənərbağça” klubunda çıxış edən polşalı hücumameyilli yarımmüdafiəçi Sebastyan Şimanski bu qış klubunu dəyişməyə çox yaxındır.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçuya konkret maraq göstərən tərəf Fransa təmsilçisi “Renn”dir. “Sarı-lacivərdlilər” “qırmızı-qaralar”ın şərtləri ilə razılaşmağa yaxındırlar.

Bonuslar daxil olmaqla 13 milyon avroluq təklifi dəyərləndirən İstanbul klubu qərar verməzdən öncə Liqa 1 təmsilçisi artıq futbolçu ilə danışıqlar aparıb və 2030-cu ilə qədər müqavilə üçün onun razılığını alıb.

Şimanski bu mövsüm 25 oyunda 1089 dəqiqə meydanda olub, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət

Себастьян Шиманські, Getty Images

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button