AZERFAX TV
Gəncədə ağır qəza olub.

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb. Bizim. Media-nın yerli bürosunun məlumatına görə şəhərin Nizami küçəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.