AZERFAX TV

Görün Bruklin valideynlərindən nə tələb etdi

Bekhem ailəsi daxilində münasibətlər getdikcə daha dramatikləşir.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilir ki, münaqişə o qədər ciddi hal alıb ki, Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin valideynlərindən onunla yalnız vəkillər vasitəsilə əlaqə saxlamağı tələb edib.

Mənbələr deyirlər ki, Bruklin hesab edir ki, bu addıma həyat yoldaşı Nikola Pelts-Bekhem haqqında bir sıra xoşagəlməz şərhlər səbəb olub.

Bildirilir ki, onun nikah üçün “girov” olması və arvadının tam nəzarəti altında olması ilə bağlı ailədən edilən eyhamlar əsas səbəb kimi göstərilir. Məhz bundan sonra Bruklin ailəsi ilə ünsiyyətdə sərt sərhədlər qoymağa qərar verib.

Publika.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button