Gözlər Cenevrədə: Danışıqların üçüncü mərhələsi başladı

İsveçrənin Cenevrə şəhərində Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü mərhələsi başlayıb.
AZERFAX.AZ xəbər verir ki, İran mediasının məlumatına görə, danışıqlar Cenevrədə Oman səfirliyinin iqamətgahında keçirilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müzakirələrin nüvə məsələlərinə yönəldiyini bildirib.
O vurğulayıb ki, İranın həm sanksiyaların ləğvi, həm də nüvə hüquq və mənafelərinin qorunması ilə bağlı mövqeləri aydındır və İranın bu sahələrdəki təklifləri Oman tərəfinə çatdırılıb.
Bəqayinin sözlərinə görə, müzakirələrə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi də qoşula bilər.
Qeyd edək ki, Cenevrədə İran nümayəndə heyətini xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edir. ABŞ nümayəndə heyətinə Trampın müşaviri Cared Kuşner də daxildir.
Roza



