AZERFAX TV

Güclü yağışlara görə paytaxtda fövqəladə vəziyyət elan edildi

Aramsız yağan yağışlar Dağıstanda ciddi problemlər yaradıb.

AZERFAX.AZ xəbər verir ki, Mahaçqala şəhər administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, Mahaçqalada arzuolunmaz hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Şəhərin müvafiq qurumları yüksək hazırlıq vəziyyətinə gətirilib və zərər çəkmiş sakinlərə yardım göstərilməsi planlaşdırılır.

Güclü yağışlar səbəbindən bəzi küçələrdə fərdi evlərə ziyan dəyib. Hadisə yerində təcili yardım briqadaları, eləcə də Dağıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyirlər.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button