AZERFAX TV

Hakan Fidandan vacib açıqlama: Qüvvələrimiz bölgəyə girməyə hazırdır

Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan cari hadisələrlə bağlı açıqlamalar verib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Fidan Türkiyənin Qəzzanın yenidən qurulması və təhlükəsizliyi üçün bütün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.

“Humanitar yardım və Qəzzanın idarə olunması kimi bütün bu sahələrdə hər cür töhfə verməyə hazırıq. Tərəflər razılığa gələrsə, prezidentimizin Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) əsgər göndərmək planı da var”, – o qeyd edib.

Türkiyənin bölgə üçün humanitar yardım layihələrinə toxunan Fidan, ilk mərhələdə 20 min konteyner göndərməyi planlaşdırdıqlarını vurğulayıb.

O, həmçinin Qəzzada təhlükəsizliyi təmin etmək üçün yerli polis qüvvəsinin yaradılacağını və onların təlimlərinə dəstək olacaqlarını bildirib.

Fidan, prosesin heç bir hərbi əməliyyata ehtiyac olmadan danışıqlar yolu ilə həll olunacağına ümid etdiklərini və tərəflər arasında danışıqlarda müsbət siqnalların olduğunu qeyd edib.

Roza

Related Articles

Bir cavab yazın

Back to top button