AZERFAX TV

Hakim bicliyi: Qalmaqallı oyundan sonra futbolçuları qorxutmaq üçün görün nə etdi

Afrika Çempionlar Liqasının 1/4 final mərhələsində “Esperans” ilə “Əl-Əhli” arasında keçirilən oyunda baş hakimlə bağlı kifayət qədər qeyri-adi epizod yaşanıb.

AZERFAX.AZ xəbər verir ki, Tunis klubu minimal hesabla – 1:0 qalib gəlib və matçdakı yeganə qol penalti zərbəsindən vurulub.

Final fitindən sonra meydanda gərginliyin hakim qərarları ilə bağlı mübahisələrə çevrilməsi ehtimalı var idi. Lakin seneqallı referi İssa Si qabaqlayıcı addım atmağa qərar verib.

Oyunun bitməsindən dərhal sonra hakim qırmızı vərəqəni çıxararaq nümayişkaranə şəkildə əlində saxlayıb. Bu jestlə o, faktiki olaraq bütün futbolçulara “kim yaxınlaşıb etiraz etsə və ya mübahisə aparsa, dərhal meydandan qovulacaq” mesajını verib.

Bu taktika ideal şəkildə işə yarayıb. Heç bir oyunçu hakimlər briqadasına yaxınlaşmağa cəsarət etməyib və referilər meydanı problemsiz tərk ediblər.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button