AZERFAX TV
Heç nə etməsək, Avropa 5 ildən sonra…

Avropa həlledici mərhələyə qədəm qoyub və artıq yalnız özünə güvənə bilər.
AZERFAX.AZ xəbər verir ki, bunu “Süddeutsche Zeitung” qəzetinə Fransa lideri Emmanuel Makron deyib.
Fransa prezidenti Vaşinqtonun ticarət tarifləri tətbiq etməsinə və Qrenlandiyaya iddialarına diqqət çəkib. O hesab edir ki, insanlar çarsizdir və amerikalıların nə qədər irəli gedəcəkləri bəlli deyil.
“Əgər heç nə etməsək, Avropa beş ildən sonra çıxılmaz duruma düşəcək”, – deyə Makron xəbərdarlıq edib. O əlavə edib ki, Qrenlandiya ətrafındakı vəziyyət Avropanın təhlükə altında olduğunu sübut etdi.
Adəm



