AZERFAX TV
Hindistandan Rusiya nefti ilə bağlı qeyri-adi addım: ABŞ-ı belə aldadırlar

Hindistan neft emalı zavodları getdikcə Rusiya nefti üçün dollarla yox, başqa valyutalarla ödəniş etməyə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, “Hindistan neft emalı zavodları artan geosiyasi gərginliklər və ABŞ siyasətindəki dəyişikliklər fonunda dollardan asılılıqlarını azaltmağa çalışaraq Rusiya neftini alternativ valyutalarla alırlar”.
Qeyd olunur ki, şirkətlər rupini “rus alıcılarına” məxsus xarici hesablara göndərirlər. Rupi daha sonra Çin yuanına, BƏƏ dirhəmlərinə və Honkonq və ya Sinqapur dollarlarına çevrilir.
Daha əvvəl bildirilmişdi ki, Hindistan neft emalı zavodları aprel ayında təxminən 60 milyon barel Rusiya nefti alıb.
Tural



