AZERFAX TV

“Hizbullah” İsrailin dəniz bazasına hücum etdi

“Hizbullah” hərəkatı yüksək dəqiqlikli silahlardan istifadə edərək Hayfa şəhərindən şimal-qərbdə yerləşən İsrail Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasına hücum edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında bildirilir.

“İslam müqaviməti Hayfa körfəzindəki düşmən qüvvələrinin dəniz bazasını keyfiyyətcə yeni raketlərlə atəşə tutub”, – deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, raket zərbəsi İsrail HDQ-nin dəniz kommandoslarının yerləşdiyi Atlitdəki 13-cü flotiliyanın (“Şayeteth 13”) qərargahına və dislokasiya bölgəsinə də endirilib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button