AZERFAX TV

Hüseyn Həsənova cinayət işi açıldı

Azərbaycan əsilli rus bloger Hüseyn Həsənova qarşı cinayət işi açılıb.

AZERFAX.AZ xəbər verir ki, Moskva Prokurorluğu bloqer Hüseyn Həsənov barəsində ittiham aktını təsdiqlədiyini açıqlayıb.

Həsənov pulların qanunsuz yuyulmasında ittiham olunur. Hazırda təqsirləndirilən şəxs axtarışdadır, buna görə cinayət işi qiyabi məhkəmə iclası üçün Presnenski Rayon Məhkəməsinə göndərilib və ona qiyabi həbs qətimkan tədbiri seçilib.

İstintaqın əvvəlki mərhələlərində məlum olub ki, Həsənov fərdi sahibkar kimi əsl gəlirini gizlədib və Rusiya büdcəsinə təxminən 170 milyon rubl (təxminən 3,8 milyon manat) vergi ödəməyib.

Bundan əlavə, 2023-cü ildə suşi rolları istehsal edən “Banda Fuds” şirkəti 2025-ci ilin sentyabrında Federal Vergi Xidməti tərəfindən ləğv edilib. Şirkətin zərərlə işlədiyi və təxminən 800 000 rubl (təxminən 17 800 manat) borcunun qaldığı bildirilir. Həsənov isə borcunu ödəmədən Rusiyanı tərk edib.(Milli.Az)

Related Articles

Bir cavab yazın

Back to top button