AZERFAX TV

IFAB Vengerin ofsayd təklifinə bu cavabı verəcək

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) FİFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri Arsen Vengerin təklif etdiyi ofsayd qaydasının kütləvi tətbiqi imkanını istisna edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, məsələ əlavə testlərin aparılması üçün təxirə salınıb. Sınaqların keçirilməsinə Kanada Premyer Liqası razılıq verib. Yeni ofsayd qaydası ilə bağlı yekun qərar fevralın 28-də Kardiffdə keçiriləcək IFAB-ın ümumi iclasında qəbul olunacaq. Həmin iclasdan sonra ideyadan ya tam imtina edilə, ya da Kanadada sınaq mərhələsinə start verilə bilər.

Xatırladaq ki, Vengerin təklifinə əsasən futbolçu yalnız o halda ofsayd vəziyyətində sayılır ki, bütün bədəni ilə sonuncu müdafiəçini qabaqlasın.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button