AZERFAX TV
İfaçılar çıxışlarının məzmununu dövlət orqanları ilə razılaşdırmalı olacaqlar

Qazaxıstanda əcnəbi ifaçıların çıxışlarının təşkilatçılarını və ifaçıların özlərini çıxışların məzmununu dövlət orqanları ilə razılaşdırılmasını tələb edən qanun qəbul edilib.
AZERFAX.AZ xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanun imzalayıb.
Bundan sonra xarici artistlərin iştirakı ilə kütləvi mədəni tədbirlərin təşkilatçıları onların keçirilmə qaydasını ən geci 30 iş günü qalmış səlahiyyətli orqanla razılaşdırmalıdırlar. Tədbirin məzmunu müəyyən edilmiş qadağaları pozarsa, onun keçirilməsi qadağan edilə və ya dayandırıla bilər.



