AZERFAX TV
İlin ilk Günəş tutulmasını yalnız onlar görəcəklər

“Moskva sakinləri 2026-cı ilin ilk Günəş tutulmasını görə bilməyəcəklər”.
AZERFAX.AZ xəbər verir ki, bunu Sternberq Dövlət Astronomiya İnstitutunun baş elmi işçisi Vladimir Surdin “Ehtiyatlı ol, Moskva” ya bildirib.
Astronom qeyd edib ki, ilk tutulma fevralın 17-də baş verəcək, lakin o, yalnız Cənub yarımkürəsində görünəcək. Bu səbəbdən Surdin bunu “daha az maraqlı” hesab edib.
“Bunu yalnız Antarktidada görmək olar, burada ən çoxu 10 nəfər yaşayır”, – deyə ekspert bildirib.
Hüseyn İbadlı



