AZERFAX TV

İlk dəfə quru yolu ilə Ermənistana gedən Azərbaycan nümayəndə heyətində kimlər var?

30 ildən artıq müddətdə ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Tavuş vilayətinin Kirants rayonunda quru yolu ilə Ermənistan-Azərbaycan sərhədini keçərək Ermənistana getdikləri barədə məlumat vermişdik.

AZERFAX.AZ xəbər verir ki, 17 nəfərlik nümayəndə heyətində bu şəxslər yer alıb:

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, “1news.az” onlayn nəşrinin baş redaktoru Kəmalə Məmmədova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Fuad Abdullayev, İqtisadi İslahatlar və Kommunikasiyaların Təhlili Mərkəzinin tədqiqatçısı Könül Bədəlova, “Karnegi” Rusiya və Avrasiya Mərkəzinin eksperti Zaur Şiriyev, “Topçubaşov” Mərkəzinin direktor müavini Murad Muradov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Ağamirzəyev, “Kənd İcmalarının Qadınları Assosiasiyası” QHT-nin sədri Gülbəniz Qənbərova, “İnsan Hüquqlarına Dəstək Mərkəzi” QHT-nin nümayəndəsi Nəzrin Əliyeva, müstəqil ekspert Eldar Həmzəli, CBC telekanalının redaktoru Sənan Rzayev, “Qadın, İnkişaf, Gələcək” QHT-nin sədri Gülşən Axundova, TREND agentliyinin baş redaktoru Emin Əliyev və Cənub Araşdırmalar Mərkəzinin əməkdaşı Orxan Babayev.

Ermənistan İctimai Radiosunun məlumatına görə, Sülh Körpüsü təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş nümayəndə qrupları da müzakirələrə qoşulacaq. Ermənistan bunu iki ölkə arasında etimadın gücləndirilməsi istiqamətində vacib praktik addım hesab edir.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button