AZERFAX TV
İran ABŞ-ın bu iddiasına cavab verdi

İran Tehranın ABŞ-a mesaj göndərdiyinə dair iddiaları təkzib edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“İrandan ABŞ-a heç bir mesaj göndərilməyib və İran Amerikanın göndərdiyi mesajlara cavab verməyəcək”, – deyə İran rəsmisi agentliyə bildirib.
Rəsmi İran Silahlı Qüvvələrinin uzunmüddətli müharibəyə hazırlaşdığını təkrarlayıb.
Qeyd edək ki, “Axios” saytı İranın son günlərdə ABŞ-a mesaj göndərdiyini, lakin cavab almadığını iddia edib.
Roza



