AZERFAX TV

İran Hörmüz boğazının bağlandığını elan etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hücumundan sonra Hörmüz boğazının bağlandığını təsdiqləyib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə briqada generalı İbrahim Cabari “Al-Mayadeen” telekanalına müsahibəsində bildirib.

Cabari Hörmüz boğazının qapadılması əməliyyatına SEPAH qüvvələrinin cəlb edildiyini bəyan edib.

“İrana qarşı təcavüzdən sonra Hörmüz boğazının bağlanması hazırda SEPAH qüvvələri tərəfindən həyata keçirilir”, – deyə general qeyd edib.

Bundan əvvəl “Reuters” agentliyi məlumat vermişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması radioəlaqə vasitəsilə Hörmüz boğazının gəmiçilik üçün bağlandığını bildirib.

Hörmüz boğazı vasitəsilə hər gün təxminən 17 milyon barel neft daşınır ki, bu da dünya istehlakının təxminən 30%-ni təşkil edir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button