AZERFAX TV
İran nüvə silahı istehsalından imtina edib?

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin nüvə silahı əldə etmək planlarından birdəfəlik imtina etməyə razılaşdığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.
“Əvvəlcədən danışmaq istəmirəm, lakin onlar heç vaxt nüvə silahına sahib olmayacaqlarına razılıq veriblər”, – deyə o qeyd edib.
Amerika lideri Vaşinqtonun məhz kiminlə məsləhətləşmələr apardığını dəqiqləşdirməyib. İran hakimiyyəti isə bundan əvvəl dəfələrlə nüvə silahı əldə etməyə çalışmadıqlarını bəyan edib.
Martın 23-də Tramp bildirmişdi ki, Vaşinqton Tehranla apardığı danışıqlarda İranın nüvə silahından və uranın zənginləşdirilməsindən imtina etməsini müzakirə edir.
Hüseyn İbadlı



