AZERFAX TV

İrana qoşun yeridiləcək?

ABŞ Fars körfəzində İranın hansısa adasına qoşun yeridə bilər.

AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Münaqişə uzanacağı təqdirdə ABŞ-ın Fars körfəzində İrana aid adaya qoşun yeritməsi versiyaları gündəmdir”, – Türkiyənin XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib və buna cavab olaraq ABŞ-ın İslam Respublikasının neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər.

Fidan vurğulayıb ki, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button