AZERFAX TV

İranda ölən kəşfiyyat nazirinin yerinə təyinat oldu

İran Prezidenti Məsud Pezeşkian, kəşfiyyat naziri Esmail Xatibin ölümündən sonra bu posta müvəqqəti nazir təyin edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran Prezidenti Administrasiyasının informasiya məsələləri üzrə müavini Məhəmməd Mehdi Təbatəbai “X” sosial şəbəkəsində yeni təyinat barədə məlumat verib. Onun sözlərinə görə, höccətül-islam Xatibin ölümündən dərhal sonra İran Prezidenti kəşfiyyat naziri vəzifəsinin icraçısının təyin edilməsi haqqında fərman imzalayıb və sənəd artıq müvafiq orqanlara təqdim olunub.

“Bu barədə məlumat vaxtında təqdim olunacaq. İslam Respublikasının bütün bölmələri möhkəm təməllərə malikdir və heç bir məsələ icrasız qalmayıb”, – deyə Təbatəbai bildirib.

Xatib martın 18-də ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb. Konstitusiyaya əsasən, nazir olmadıqda, hər bir nazirliyə üç ay müddətinə vəzifə icraçısı rəhbərlik edə bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button