AZERFAX TV
İrandan Türkiyəyə daha bir raket hücumu

“İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib”.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdədir.



