AZERFAX TV

İranın 40 yüksək rütbəli komandiri zərərsizləşdirildi

İsrailin Müdafiə Ordusu Tehranda İran güc strukturlarının yeddi yüksək vəzifəli rəhbərinin və 40 yüksək rütbəli komandirin məhv olunduğunu bəyan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun “X” sosial şəbəkəsindəki məlumatında deyilir.

İsrail Ordusu endirilən zərbələri tarixi adlandıraraq qeyd edib ki, onları hərbi kəşfiyyat məlumatları əsasında həyata keçirmək mümkün olub.

Bundan əlavə, İsrailin Müdafiə Ordusunun komandanlığı İranın qərb və mərkəzi hissələrindəki hava hücumundan müdafiə sistemlərinin böyük hissəsinin məhv edildiyini bildirib və bunu İsrail hərbi hava qüvvələri üçün Tehran səmasında strateji üstünlük adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button