İranla münaqişə nə vaxt bitir?

“Biz müharibənin öhdəsindən əla gəlirik. Biz asanlıqla qələbə çalırıq”.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald tramp “Corriere della Sera” qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib.
Ağ Ev rəhbəri İranla bağlı bu şərhi Avropa liderlərinin Hörmüz boğazının fəaliyyətini bərpa etmək üçün ABŞ-a kömək məqsədilə öz gəmilərini göndərməkdən imtina etməsindən sonra verib.
Müəlliflərin fikrincə, Tramp İranla münaqişənin çox tezliklə başa çatacağına əmindir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana zərbələr endirməyə başlayıb, İran isə buna İsrail ərazisinə, həmçinin ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirməklə cavab verib.
İran ətrafındakı vəziyyətin pisləşməsi Hörmüz boğazının blokadasına səbəb olub ki, buna görə də bütün dünyada yanacaq qiymətləri kəskin yüksəlib. Hörmüz boğazı dünya bazarına neft tədarükü üçün əsas marşrutdur.
Hüseyn İbadlı



