AZERFAX TV

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azərbaycana gəldi

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.

AZERFAX.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button